Accessibility links

İllinoysda tornado nəticəsində 1 nəfər ölüb


Tornado
Tornado

Azı 7 nəfərin isə xəsarət aldığı xəbər verilir

ABŞ-ın İllinoys ştatının rəsmiləri bildirir ki, ştatın şimal bölgəsində böyük tufan güclü tornadoya səbəb olub və nəticədə 1 nəfər ölüb, bir neçə insan isə yaralanıb.

İllinoysun Rokford şəhərinin yanğınsöndürmə idarəsi Çikaqodan 200 kilometr uzaqlıqda yerləşən və 200 nəfər əhalisi olan kiçik Feirdeyl şəhərində bir nəfərin öldüyünü bildirib. Azı 7 nəfər isə aldıqları xəsarətlərə görə xəstəxanaya çatdırılıb.

Ərazidən videolar böyük tufan və tornadonun azı bir maşını aşırtdığını göstərir.

Şəhərdəki evlərin hər birinə zərər dəyib, 15-20 ev isə tamamilə dağılıb.

Rəsmilər dağıntılar altında artıq heç kəsin olmadığına əmin olduqlarını, ancaq hər bir sakinin təhlükəsizliyini təminat altına alaq üçünbu gün işlərinə davam edəcəklərini bildiriblər.

XS
SM
MD
LG