Accessibility links

İllinois ştatının Kanton şəhərində partlayış olub


Rəsmilərin bildirdiyinə görə, mərkəzi İllinois ştatının Kanton şəhərində təbii qazın səbəb olduğu partlayış nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Rəsmilər deyib ki, partlayış çərşənbə günü axşam saatlarında şəhərin mərkəzində yerləşən meydanda baş verib və bir neçə binanın zədələnməsinə səbəb olub.

Yerli qəzetlərin yazdığına görə, partlayış kommunal işçilər bir podratçının qaz borusunu zədələdiyi barədə məlumat qəbul etdikdən sonra əraziyə gələn an baş verib.

Rəsmilər hadisənin dəqiq səbəbini hələlik müəyyən edə bilməyib.

14 min sakini olan Kanton şəhəri Peoria şəhərindən 48 kilometr cənub-qərbdə yerləşir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG