Accessibility links

İslam Dövlətinə qoşulmaq istəyənlərin məhkəmə işi başlanıb [Video]


İslam Dövlətinə qoşulmaq istəyənlərin məhkəmə işi başlanıb
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Birləşmiş Ştatların federal mühafizə işçiləri Çikaqo yaxınlığında İslam Dövlətinə qoşulmaq, eləcə də ABŞ-da hücumlar həyata keçirməyi planlaşdıran iki nəfəri həbs edib.

Bacısı Mançiniq Beytsin dediyinə görə, 22 yaşlı qardaşı Həsən Edmonds və 29 yaşlı əmisi oğlu Yunis Edmonds sakit təbiətli adamlardır. “Onlar özlərinə qapanıb, gülməlidirlər. Biz hətta onların qəribə olduğunu deyə bilərik.”

Lakin Ədliyyə Nazirliyinin apardığı təhqiqatların nəticələri bu iki nəfərin İslam Dövləti yaraqlı qrupunu dəstəklədiyini və İlinoysdakı hərbi bazaya hücum hazırladıqlarını aşkar etdi. “Bizim özümüzünkülərin belə bir plan hazırlaması inanılmazdır” deyə, Bred Leyton bildirir.

İlinoys ştatı Milli Qvardiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin direktoru, general-leytenant Bred Leyton Həsən Edmondsun 634-cü Briqadaya Dəstək Batalyonunun əsgəri olduğunu deyir. Bu batalyon İllinoysun Joliet şəhərində qərargahlanır. “634-cü briqadaya dəstək batalyonu nəqliyyat və hərbi təchizatla təminə yardım edir, eləcə də təlimlər keçir.”

Həsən Edmonds bu təlimlərdən bir neçə həftə bundan əvvəl keçib. Ədliyyə Nazirliyinin dediyinə görə, Həsən batalyona girməsi, silahlı hücum etməsi üşün əmisi oğlu Yunisi hərbi geyimlə təmin etməli idi.

Leyton federal rəsmilərin Milli Qvardiyanı bir neçə həftə bundan əvvəl xəbərdar etdiyini, lakin xüsusi təyinatlıların təhqiqatı favam etdirdiyinə görə gözləməli olduqlarını deyir. “Biz əsgərlərimizin və onların ailələrinin təhlükəsizliyini qorumaq üçün çox ehtiyatlı, lakin konkret addımlar atdıq.”

Həsənin Milli Qvardiyada xidmət etməsinə baxmayaraq, həm Həsən, həm də Yunis Edmondsların ilkin məhkəmə işinə Çikaqo Federal Məkəməsində baxılır. “O, ənənəvi qvardiya əsgəri olduğu üçün və hazırda orduda olmadığı üçün işinə federal məhkəmədə baxılır. Biz məhkəmənin qərarına əsasən addım atacağıq.”

Bacısı isə qardaşına və əmisi oğluna qarşı irəli sürülən ittihamları rədd edir. “Mən Birləşmiş Ştatlar ordusunda qulluq edən qardaşımın ölkəni tərk edib, İslam Dövlətinə qoşulacağına inanmıram.”

Onların hər ikisi xarici terror təşkilatına maddi dəstək verməkdə ittiham olunur və əgər bu ittiham təsdiq olunarsa, onları 15 il həbs cəzası gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG