Accessibility links

İlqar Məmmədov Milli Şuranın vahid namizədlə seçkilərə getməsini dəstəkləyir


İlqar Məmmədov

İlqar Məmmədov

“Biz hamımız İbrahimbəyovun ardınca getməliyik, o da öz növbəsində geridə qalmamalıdır”, həbsdə olan REAL lideri bildirib

Həbsdə olan REAL Hərəkatının sədri, prezidentliyə namizədliyi irəli sürülmüş İlqar Məmmədov açıqlama ilə çıxış edib.

Sənəddə deyilir:

Söz vermişdik ki, əgər hörmətli Eldar Namazov, Əli Kərimli və İsa Qəmbər vahid namizəd haqqında razılığa gəlsələr, biz mütləq belə birliyə dəstək verəcəyiq. Ancaq “vahid namizəd haqqında razılıq” nə deməkdir? Bu, təkcə Milli Şura tərəfindən hörmətli Rüstəm müəllimin şəxsində vahid namizəd müəyyən etməsi deyil, həm də Milli Şuranın hər hansı digər üzvünün öz namizədliyini qeydə aldırmaq cəhdindən imtinasıdır.

Əks təqdirdə:

1. Seçkilərdə Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almamaqla, İlham Əliyev öz rəqibini özü təyin edəcək.

2. İbrahimbəyovun namizədliyini qeydə aldıra bilməməsi Milli Şuranı məhv edəcək və beləliklə də sözü gedən siyasi nəsil ölkə miqyaslı səsvermələrdə özünün dalbadal on beşinci siyasi məğlubiyyətini yaşayacaq.

Biz hamımız İbrahimbəyovun ardınca getməliyik, o da öz növbəsində geridə qalmamalıdır. Əks halda REAL seçkilərə doğru yolunu öz namizədiylə davam edəcək, sonra isə vəziyyətə uyğun olaraq cümhuriyyətin marağında, yəni həmişəki kimi şahlığa qarşı addımlar atacaq”, açıqlamada qeyd edilir.
XS
SM
MD
LG