Accessibility links

İlqar Məmmədov cəmiyyəti Cəmil Həsənliyə səs verməyə çağırıb


İlqar Məmmədov

İlqar Məmmədov

Apellyasiya məhkəməsi İ.Məmmədovun MSK-ya qarşı şikayətinə baxıb

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun şikayətinə baxılıb.

Apellyasiya şikayəti lqar Məmmədovun Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən prezidentliyə namizədliyinin qeydə alınmaması ilə bağlıdır.

REAL hərəkatının icra katibi Natiq Cəfərlinin Amerikanın Səsinə bildirib ki, məhkəmə İ.Məmmədovun MSK-ya təqdim etdiyi imzalarının təkrar ekspertizası ilə bağlı qərardad qəbul edib.

O məhkəmənin qərarını “qəribə” hesab edir.

“Təbliğat və təşviqat kampaniyası artıq başlayıb.Biz indi bilmirik ki, ekspertiza nə zaman olacaq.Vəkillər ekspertizanın bir gün ərzində keçirilməsi istiqamətində iş aparırlar”, N.Cəfərli deyib.

Eyni zamanda Prosesdə İ. Məmmədov çıxış edərək, məhkəmənin uzadılmasından narazılığını bildirib.

O,məhkəmədə namizədliyinin qeydə alınması ilə bağlı qərar qəbul edilmədiyi halda ,bütün cəmiyyəti Milli Şuranın namizədi Cəmil Həsənliyə səs verməyi çağırıb.

İlqar Məmmədov yanvarın 23-24-də İsmayıllıda iğtişaşlar təşkil etməkdə ittiham olunur. Müdafiə tərəfi ittihamların qurama olduğunu bildirir.

O, Bakı İstintaq Təcridxanasında saxlanılır.
XS
SM
MD
LG