Accessibility links

Ədliyyə Nazirliyi Penitensiar Xidməti polkovnik İlqar Əliyevin ölümü ilə bağlı məlumat yayıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA agentliyinə daxil olan məlumatda bildirilir ki, dekabrın 20-də yerli vaxtla saat 15.55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan İlqar Əliyev intihar edib.

Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.

Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib, tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.

Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İ.Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib.

Hadisə yeri Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

***

Ləğv olunmuş Mİilli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini olmuş, polkovnik İlqar Əliyev dekabrın 20-də 1 saylı Bakı İstintaq Təcridxansında özünü asaraq intihar edib.

Vəkil Rəşad Mehdizadə İlqar Əliyevin intihar etməsini Amerikanın Səsinə təsdiq edib. “İlqar Əliyev bu gün özünü asıb. İndi məni 1 saylı Bakı İstintaq Təcridxanasına dəvət ediblər. Ora gedirəm”, vəkil qeyd edib.

Mehdizadə intiharın günün hansı saatında baş verdiyi və səbəbləri barədə məlumatsız olduğunu deyib.

İ Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs edilmişdi.

İntiharla bağlı rəsmi qurumlar hələ məlumat yaymayıb.

Show comments

XS
SM
MD
LG