Accessibility links

İlqar İbrahimoğlu: “İslamın məsumluğu” filmi mənəvi terrordur (audio)


DEVAMM-in rəhbəri İlqar İbrahimoğlu

DEVAMM-in rəhbəri İlqar İbrahimoğlu

“Azadlıq” və Allahu-Əkbər! şüarlarının yanaşı səslənməsi göstərir ki, insanlar həm ruhi, həm də fiziki harmoniyanı istəyir. Məhz, islam belə bir dindir”.

Dini Etiqad və Vicdan Azadlığının Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu Amerikanın Səsi radiosuna müsahibəsində “İslamın məsumluğu” filminin regionda və Azərbaycanda doğurduğu əks-sədadan danışıb.


Onun fikrincə, Azərbaycanda və dünyada müsəlmanlar arasında filmə qarşı ciddi etiraz var.

“Biz və dünyada yaşayan müsəlmanlar öz inancının təhqir olunmasını yolverilməz hesab edir. Amerika rəhbərliyindən isə tələbimiz filmi çəkənləri, sifarişçiləri və icraçıları cəzalandırmasıdır”.

Ekspertin fikrincə, filmdə fikir azadlığından və fikrini sərbəst ifadə etməkdən söhbət getmir.

“Burada bir milyard yarımdan çox insanın daşıdığı inanc təhqir edilib və aşağılanıb. Bu bir mənəvi terrordur. Dini ədavəti qızışdırdıqlarına, insanlar arasında ictimai əxlaqı pozduqlarına görə, bunun bir cəzası olmalıdır. BMT-nin sənədləri də bu kimi mövzularla bağlı cəzanın olmasını lazım bilir. Əslində cəzasızlıq mühiti daha çox Amerikanın rəsmilərinə zərərlidir. Çünki, dünyada onlara qarşı, həmçinin aniamerikan əhval-ruhiyyəsinin artmasına gətirib çıxarır”.

Cənab İbrahimoğlu Azərbaycanda da antiamerikan əhval-ruhiyyənin artığını bildirib.

“Ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilməsə də hər kəs öz istədiyi səviyyədə narazılığını bildirir. Biz bununla bağlı geniş konfrans keçirdik və bu pisləndi, ictimai-siyasi qurumların əksəriyyəti etiraz bəyanatları yayıb. İctimai Palata kimi də biz, filmi və ümumiyyətlə islamifobik cəhətləri pisləmişik. Ölkədə sivil etirazlar da olub, polis zorakılığına məruz qalanlar da var”.

Ekspert hesab edir ki, Azərbaycanda radikalizmi də güclənməkdədir.

“Radikalizmi bu cür filmlər deyil, hüquq və azadlıqların məhdudlaşdırılması gücləndirir. İslamafobiyanın artması, bütün hüquq və azadlıqların məhdudlaşdırılması ölkədə etirazların daha da kəskinləşməsini gücləndirib. Amma, bu hadisələr ümumilikdə insanlarda antiamerika əhval ruhiyyəsini artırır”.

DEVAMM-in rəhbəri həmçinin Azərbaycan rəhbərlərinin islamofobik filmləri pisləməsini müsbət sayır.

“Azərbaycanın Luvr muzeyində islam guşəsinin açılışında iştirakı da müsbət haldır. Amma, həm daxili, həm də xarici siyasətdə bir ardıcıllıq olmalıdır. Hazırkı rəhbərlərin özü Azərbaycan daxilində bir islamofobik siyasət aparır. Bir neçə məscid sökülüb, bir neçəsi bağlanıb, inanclı insanların hüquqları pozulub, 80 nəfərədək inanclı insan həbsxanadadır. Bütöv bir harmoniya olması üçün bunlar dayandırılmalı və insanların hüquqları və azadlıqları təmin edilməlidir”.

Ekspert hesab edir ki. ərəb dünyasında baş verənlər dünyada yeni eranın başlanğıcından xəbər verir.

“Azadlıq” və Allahu-Əkbər! şüarlarının yanaşı səslənməsi göstərir ki, insanlar həm ruhi, həm də fiziki harmoniyanı istəyir. Məhz, islam da belə bir dindir. Qərbin özündə də bu, çox ciddi böhrandır. Məncə belə davam etməyəcək. İnsanın hərtərəfli inkişafı, eyni zamanda insanların mənəvi duyğularının ödənilməsi istiqamətində dünya inkişaf edəcək”, o qeyd edib.
XS
SM
MD
LG