Accessibility links

Nəsimi rayon məhkəməsi rəhbəri İlqar Məmmədovun girova buraxılması barədə vəsatəti təmin etməyib

Aprelin 8-də Nəsimi rayon məhkəməsi “Respublikaçı Alternativ” (ReAl) vətəndaş hərəkatının rəhbəri İlqar Məmmədovun girova buraxılması haqqında vəsatətə baxıb.
Cinayət-Prosessual Məcəlləsinə əsasən, müttəhim ən az 10 min manata girova buraxıla bilər, deyə vəkil Fuad Ağayev Turan-a bildirib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək, deyə vəkil bildirib.
Məmmədov məhkəməyə gətirilib və həbsinin əsassız və siyasi motivli olduğunu bəyan edib.

Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 23-24 yanvar tarixlərində İsmayıllıda iğtişaşların təşkili və polisə müqavimət göstərmək ittihamı ilə həbs ediliblər.

REAL hərəkatı tərəfindən Məmmədovun prezidentliyə namizədliyinin irəli sürüləcəyini bəyan edib.
XS
SM
MD
LG