Accessibility links

İlqar Məmmədov: Həbs müddətinin uzadılmasının əsl məqsədi məni siyasi həyatda iştirakdan uzaqlaşdırmaqdır


REAL Hərəkarının sədri İlqar Məmmədov

REAL Hərəkarının sədri İlqar Məmmədov

Məhkəmə ReAL hərəkatının lideri iLqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun həbsini daha 3 ay uzadıb

Mayın 15-də Nəsimi rayon məhkəməsi İsmayıllıda 23-24 yanvar iğtişaşlarının təşkilində ittiham olunan “Respublikaçı Alternativ” (ReAl) hərəkatının lideri İlqar Məmmədovun həbs müddətini daha üç ay uzadıb.

Məmmədov fevralın 4-də 2 ay müddətinə həbs edilib, daha sonra həbs müddəti daha 2 ay uzadılıb. Beləliklə, istintaq dövründə həbs müddəti ümumilikdə sentyabrın 4-nə qədər uzadılıb.

Vəkil Cavad Cavadlının məlumatına görə, Məmmədov qanunsuz həbsinə etiraz əlaməti olaraq hakim gəldikdə ayağa qalxmaqdan imtina edib.

İstintaq həbs müddətinin uzadılmasını əlavə şahidlərin dindirilməsi zərurəti ilə əsaslandırıb. Lakin Məmmədov bildirib ki, həbsinin və həbs müddətinin artırılmasının əsl məqsədi onun ölkənin siyasi həyatında iştirakdan uzaqlaşdırılmasıdır.

Vəkil Cavadlı da həbs müddətinin uzadılmasının əsassız olduğunu bildirib.
Xatırladaq ki, Məmmədova qarşı 233 (ictimai asayişin pozulmasına şərait yaradan hərəkətlərin təşkili) və 315.2-ci (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli olan güc tətbiqi ilə müqavimət göstərilməsi) maddələrlə ittiham irəli sürülüb. Aprelin sonlarında 233-cü maddə daha ağır olan 220.1-ci (kütləvi iğtişaşların təşkili) maddəsi ilə əvəz edilib.

Aprelin 9-da Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun işini növbədənkənar baxışa qəbul edib və Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb

Elə bu gün Nəsimi rayon məhkəməsi eyni maddələrlə ittiham olunan Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun həbs müddətini 3 ay uzadıb. Vəkil Nemət Kərimli məhkəmənin qərarını siyasi motivli adlandırıb və apellyasiya şikayəti veriləcəyini bildirib.
XS
SM
MD
LG