Accessibility links

İlqar Məmmədovun taleyi narahatlıq doğurub (Vəkillə audio-müsahibə)


İlqar Məmmədov

İlqar Məmmədov

Vəkillər onun ac qalmasından və cəza kamerasına salınmasından narahatdır

REAL hərəkatının lideri İlqar Məmmədovun vəkilləri bu gün Bakı təcridxanasında onun saxlandığı cərimə kamerasına gediblər.


Vəkil Xalid Bağırov Amerikanın Səsinə müsahibəsində bildirib kki, İ.Məmmədov ac saxlanılırdı, evdən yemək qəbul etməsinə icazə verilmir. Keyfiyyətsiz həbsxana yeməyini yeməyən İ.Məmmədovun taleyi ilə bağlı narahatlıq doğurur. .

REAL hərəkatının icraçı katibi Natiq Cəfərli bildirib ki, Avropa İttifaqı və beynəlxalq təşkilatların missiyası daxil olmaqla, bir sıra xarici səfirliklərin nümayəndələri təcridxanaya gedərək İ.Məmmədovun durumu ilə bağlı məlumat almaq istədiklərini bildiriblər.

Onun sözlərinə görə, Qırmızı Xaç Komitəsinin Bakı ofisinin nümayəndələrinin İ.Məmmədova baş çəkəcəyi gözlənilir.

Öz növbəsində Penitensiar Xidmətinin rəsmisi İlqar Məmmədovun qidadan imtina etməsini təsdiq etmir.

İ.Məmmədov 23-24 yanvar İsmayıllı hadisələrinin təşkilində ittiham olunur. İctimaiyyət onu vicdan məhbusu hesab edir. Avropa İnsan hüquqları Məhkəməsi İ.Məmmədovun şikayətini növbədənkənar baxmaq üçün qəbul edib. O ötən həftənin sonlarında təcridxananın cəza kamerasına salınıb.
XS
SM
MD
LG