Accessibility links

İlqar Məmmədovun MSK-ya müraciət etməsinə imkan verilmir (Video)


REAL Hərəkatı Baş Prokurorluğa və Penitensiar Xidmətə müraciət edib

Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri, 2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində prezidentliyə namizədliyi irəli sürülmüş İlqar Məmmədovun sənədlərinin mərkəzi seçki Komissiyasına qeydiyyat üçün təqdim edilməsi üçün əngəllər törədilir.

REAL Hərəkatının İcra katibi Natiq Cəfərli və İlqar Məmmədovun vəkili Xalid Bağırovun avqustun 7-də keçirdiyi mətbuat konfransında prezident seçkiləri, İlqar Məmmədovun prezidentliyə namizədliyinin qeydə alınması istiqamətində maneələr, toplaşmaq azadlığının məhdudlaşdırılması məsələlərinə toxunulub.

REAL Hərəkatının prezidentliyə namizədi İlqar Məmmədovun sənədləriinin qeydiyyat üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə manelərə toxunan vəkil Xalid Bağırov deyib ki, əsas məqsəd İ.Məmmədovun seçkidə iştirakına imkan verməməkdir.

“İlqar Məmmədov həbsdə olduğu üçün sənədlərini şəxsən özü Mərkəzi Seçki Komissiyasına təqdim edə bilmir. Təşəbbüs Qrupunun İlqar Məmmədovun namizədliyi ilə bağlı sənədlərini MSK-ya təqdim etməsi üçün üçün etibarnamə lazımdır. Bunun üçün notarius Bakı İstintaq Təcridxanasına getməli, ya da Bakı İstintaq Təcridxanasının rəisinin imzası ilə İ.Məmmədovun iştirakı ilə etibarnamə verilməlidir. Hazırda nə notarius təcridxanaya gedir, nə də təcridxana rəisi vəkalətnaməni imzalamır. Hansı ki, 8 gün öncə Bakı İstintaq Təcridxanasının rəisi mənim müdafiəçisi olduğum Hilal Məmmədovun adınadan vəkalətnamə imzalayıb”, vəkil təcridxana rəisi Azər Seyidovun həbsdə olan Hilal Məmmədovun adından imzaladığı vəkalətnaməni media qarşısında nümayiş etdirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Baş Prokurorluğa və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət olunub.

“Lakin 6 gündür müraciətə cavab verilməyib və bildirilib ki, onlara məktub çatmayıb. Müraciətlərin ünvanlara çatması ilə bağlı qəbzlər məndə var. Nəzərə alsaq ki, qarşıdan gələn günlər qeyri-iş günləridir, deməli, İlqar Məmmədovun namizədliyi ilə bağlı əngəllər yaradırlar”.deyə vəkil vurğulayıb.

O məsələ ilə bağlı artıq beynəlxalq təşkilatları məlumatlandırıldığını da diqqətə çatdırıb.

Xalid Bağırov həmçinin İ.Məməmdovun işi ilə bağlı ibtidai istintaqın gördüyü işlər barədə məsələyə toxunub.

“İstintaq orqanı istintaqı yekunlaşdırmaq niyyətində deyil. İsmayıllı hadisələri ilə bağlı həbs olunanların istintaq müddəti başa çatır. Sentyabın əvvəli Tofiq Yaqublunun və İ.Məmmədovun həbs müddətinin bitir. Artiq bununla bağlı tutulanların həbs müddətinin uzadılma prosesi gedir və noyabra qədər uzadılacaq”, vəkil əlavə edib.

İ.Məmmədovun işinin Avropa Məhkəməsindəki icraatına gəldikdə isə Azərbaycan hakimiyyəti bu işə bağlı öz cavabını verib və cavabın nədən ibarət olması konfedensianaldır.

REAL-in icra katibi Natiq Cəfərli deyib ki, REAL prezidentliyə namizədi İlqar Məmmədova dəstək aksiyası keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Müraciətdə 5 yer ( Füzuli meydanı, Hüseyn Cavid Parkı, Nərimanov parkı, Ulduz kinoteatrının yanı, Cıdır restoranının qarşısı) göstərilib.

“Bu gün Bakı Şəhər İcra Hakimiyyətindən cavab gəlib. Cavabda bildiriblər ki, dəqiq yer göstərilmədiyi üçün 20-ci sahədəki meydançanı verə bilərik. Biz bundan imtina etdik. Məgər hamı 20-ci sahədəki sürücülük məktəbinin həyətində aksiya keçirməlidir. Azərbaycan xalqı bir sürücülük məktəbinin həyətindən asılı qalmalıdır? Sabah, Gəncədə aksiya üçün müraciət edəndə də deyəcəklər Bakıda sürücülük məktəbinin həyətinə gedin”, Cəfərli qeyd edib.

N.Cəfərli vurğulayıb ki, hazırda ATƏT-in Azərbaycan hakimiyyəti ilə sərbəst toplaşmaqla bağlı danışıqları gedir.

Onun sözlərinə görə seçki dönəmində yeni yerlərin mitinq üçün keçirilməsi labüddür.

“Mitinq üçün yenidən müraciət edəcəyik. Bu dəfə "Google map"dən həmin yerlərin kordinatlarını çıxarıb onlara göndərəcəyik“, deyə N.Cəfərli bildirib.

Hərəkatın İdarə Heyətinin üzvü Azər Qasımlı deyib ki, REAL seçkiyə tam hazırdır: İlqar Məmmədovun seçki qərargahı üç aydır ki, fəaliyyət göstərir.

“Biz seçki kampaniyası və seçki üçün tam hazırıq.REAL-in namizədi İ.Məmmədovdur.Regionlarda da görüşlər keçirilir.Lakin biz sadəcə bunu piar etmirik”, o qeyd edib. .

Mövzuya uyğun

XS
SM
MD
LG