Accessibility links

Prezidentliyə namizədliyi irəli sürülmüş REAL lideri bunu seçkilərdə iştirakına süni maneə adlandırıb

Avqustun 14-də Bakının Nəsimi rayon məhkəməsi REAl Vətəndaş Hərəkatının lideri İlqar Məmmədovun həbs müddətini 2 ay (noyabrın 4-nə qədər) uzadıb.

Vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib ki, istintaq həbs müddətinin uzadılmasını “işin mürəkkəbliyi” ilə əsaslandırıb.

Məmmədov istintaqın uzadılmasına etiraz edib və həbsini siyasi sifariş adlandırıb.
Məmmədov həmçinin onun prezident seçkilərində iştirakı yolunda süni maneələr yaradıldığını bildirib.

Vəkil Ağayev məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini deyib.
Məmmədov yanvarın 23-24-də İsmayıllıda iğtişaşlar təşkil etməkdə ittiham olunur. Amnesty International onu “vicdan məhbusu” kimi tanıyıb. Məmmədovun REAL Hərəkatı tərəfindən prezidentliyə namizədliyi irəli sürülüb. Bununla yanaşı, Məmmədov namizədliyinin MSK-ya təqdim edilməsi üçün etibarnamə verilməsində problemlər yaradıldığını bildirib. Belə ki, nə dövlət notariusu etibarnamə vermək üçün İlqar Məmmədovun saxlandığı təcridxanaya gedir, nə də təcridxana rəhbərliyi onun etibarnaməsini təsdiq etmir.
XS
SM
MD
LG