Accessibility links

İlqar Məmmədov soyuqlayıb, yüksək temperaturu var


A police officer yells at his colleagues during a clash with protesters when they tried to force their way closer to the gates of the U.S. Embassy in Manila, Philippines, to mark the International Labor Day.
A police officer yells at his colleagues during a clash with protesters when they tried to force their way closer to the gates of the U.S. Embassy in Manila, Philippines, to mark the International Labor Day.

Bu gün vəkil Fuad Ağayevin 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan REAL Hərəkatının lideri İlqar Məmmədovla görüşüb. Lakin vəkilə notebook-unun müəssisəyə keçirməsinə imkan verilməyib. Baxmayaraq ki, öncədən o, bununla bağlı Penitensiar Xidmətə rəsmən müraciət edibmiş.

Vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib ki, İlqar Məmmədovla birgə Avropa İnsan Hüquqları Məhkəməsinə ikinci ərizə və kassasiya şikayəti üzərində işləmək istəyirlərmiş.

“Əfsuslar olsun ki, naməlum səbəblərdən notebook-umu içəri keçirməyə imkan vermədilər”.

Vəkil həmçinin İlqar Məmmədovun möhkəm soyuqladığını bildirib.

“Temperaturu yüksəkdir. Bununla bağlı o cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə müraciət edib və yenə müraciət etməyə hazırlaşır”, vəkil qeyd edib.

17 mart 2013-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi 18 nəfəri İsmayıllı iğtişaşlarında iştiraka və onların təşkilinə görə cinayət məsuliyyətinə cəlb edib. ReAl hərəkatının lideri İlqar Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib Bu il sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədov barəsindəki hökmü qüvvədə saxlayıb.

“Amnesty İnternational” Məmmədovu “vicdan məhbusu” elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG