Accessibility links

REAL lideri hakimlərə cinayət işi qaldırılmasını tələb edir


İlqar Mımmədov (Foto Ülvi Həsənlinindir)
İlqar Mımmədov (Foto Ülvi Həsənlinindir)

Cinayət-Prosesual Məcəllənin 204-cü maddəsinə uyğun olaraq, yazılı şəkildə Sizi, yəni Baş prokuroru, məlumatlandırıram ki, Nəsimi rayon məhkəməsinin 4 fevral, 12 və 14 mart, 8 aprel, 15 may və 14 avqust 2013-cü il, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 8 fevral, 19 və 27 mart, 15 aprel, 27 may və 20 avqust 2013-cü il tarixli qərarlarını çıxarmaqla hakimlər mənə qarşı cinayət törədib. Həmin hakimlər barəsində cinayət təqibinin həyata keçirilməsi üçün Məhkəmə-Hüquq Şurasına təqdimat vermənizi cinayətə məruz qalmış bir vətəndaş olaraq Sizdən istəyirəm. Bu barədə hazırda həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədovun baş prokuror Zakir Qaralova məktubunda deyilir.

Məmmədov bildirir ki, barəsində həbs qətimkan tədbirinin tətbiqi, uzadılması, həbsin başqa qətimkan tədbiri ilə əvəz edil(mə)məsi haqqında Nəsimi rayon məhkəməsinin 4 fevral, 12 və 14 mart, 8 aprel, 15 may və 14 avqust 2013-cü il, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 8 fevral, 19 və 27 mart, 15 aprel, 27 may və 20 avqust 2013-cü il tarixli qərarlarını çıxarmış hakimlər barəsində Cinayət Məcəlləsinin 295-ci maddəsinə ("Bilə-bilə ədalətsiz hökm, qətnamə,qərardad və qərar çıxarma”) əsasən cinayət təqibinin həyata keçirilməsi üçün kifayət qədər əsas var.

“Lakin Avropa İnsan Haqları Məhkəməsinin qərarı mətbuatda geniş işıqlandırılsa da və bu zaman mənə qarşı törədilmiş və aşkarlanmış əməlin Cinayət Məcəlləsinin 295-ci maddəsinin pozulması əlamətlərini açıq-aşkar daşımasına baxmayaraq, öz səlahiyyətləri çərçivəsində Məhkəmə-Hüquq Şurasına cinayət təqibinin başlanması barədə müraciət etməyə borclu olan vəzifəli şəxslər bunu etməyib”, məktubda qeyd edilir.

Məmmədov məhkəmə qərarlarını ardıcıllıqla sadalayır.

REAL Hərəkatının lidüeri İ.Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı həbs edilib. Məhkəmə 2014-cü il martın 17-də Məmmədovu kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə təqsirli bilərək 7 il azadlıqdan məhrum edib.

Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun dərhal azadlığa buraxılması və hakimiyyətin ona təzminat ödəməsi barədə qərar çıxarıb.

Məmmədov ittihamları siyasi sifariş hesab edir. Amnesty İnternational onu “vicdan məhbusu” elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG