Accessibility links

AŞ Nazirlər Komitəsi: İlqar Məmmədov dərhal azadlığa buraxılmalıdır


REAL hərəkatının lideri İlqar Məmmədov dərhal azadlığa buraxılmalıdır, Azərbaycan hakimiyyəti onun fiziki durumuna zəmanət verməlidir.

Avropa Şurası Nazirlər Komitəsinin sentyabrın 24-də qəbul etdiyi aralıq qətnamədə belə deyilir.

Avropa Şurasının Nazirlər Komitəsi sentyabrın 22-24-də Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarını Azərbaycanın necə icra etdiyini araşdırıb.

Komitə İlqar Məmmədovun hələ də həbsdə saxlanmasını pisləyib, bir daha təkrarlayıb ki, o, azadlığa buraxılmalıdır. Komitə eləcə də hakimiyyətə güclü şəkildə çağırış edir ki, Məmmədovun fiziki durumuna zəmanət versin.

Komitə Real Hərəkatı liderinin təcili buraxılmasına, eyni zamanda onun fiziki durumuna tam təminat verilməsinə çağırır. Qətnamədə həmçinin ərizəçinin nümayəndəsi olmuş Xalid Bağırovun indiki durumundan, onun Vəkillər Kollegiyasından çıxarılması sarıdan da narahatlıq bildirilir.

Sənəddə həmçinin, qanunvericilikdən yayınmanın əngəllənməsi üçün görülən ümumi tədbirlər barədə adekvat informasiyasının olmamasından dərin narahatlıq ifadə olunur. Belə ki, bu, hüququn aliliyiyinə hörmət qoyulmasına təhlükə yaradır.

Nazirlər Komitəsi hakimiyyəti Avropa Məhkəməsinin qərarının icrası yönündə sürətli və konkret irəliləyişə nail olunması naminə Komitəylə dialoqu bərpa etməyə çağırır.

Komitə xatırladır ki, Avropa Şurasının hər bir üzvü Şuranın Nizamnaməsinin 3-cü maddəsinin nəzərdə tutduğu öhdəliklərə əməl etməlidir:

“Hər bir üzv ölkə “hüququn aliliyi və yurisdiksiyasında olan bütün şəxslərin insan haqları və fundamental azadlıqlardan yararlanması prinsiplərini qəbul etməli, Avropa Şurasının məqsədlərinin reallaşması naminə səmimiyyətlə və səmərəli şəkildə əməkdaşlıq etməlidir…”

Komitə üzv dövlətlərin hakimiyyətlərini və Avropa Şurasının baş katibini çağırır ki, İlqar Məmmədovun buraxılması üçün onun məsələsini Azərbaycanda ən yüksək səviyyədə qaldırsın; Avropa Şurasının müşahidəçi üzvlərini və beynəlxalq qurumları da belə etməyə çağırır.

Avropa Şurasının Nazirlər Komitəsi bu ilin dekabrında keçiriləcək iclasında bir daha bu məsələyə baxacaq.

İlqar Məmmədov 2013-cü ilin yanvarın sonlarında İsmayıllı rayonunda baş vermiş kütləvi narazılıqdan sonra fevralın 4-də həbs edilib. Məhkəmə onu 7 il azadlıqdan məhrum edib.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 may 2014-cü ildə həbsin siyasi motivli olmasını, İlqar Məmmədovu höküməti tənqid etdiyinə görə susdurmaq və prezident seçkilərindən kənarda qoymaq məqsədi daşıdığını qeyd etməklə Konvensiyanın 5, 6, 18-ci maddələrinin pozuntusunu tanıyıb.

Azərbaycan hökumətinin həmin qərardan böyük palataya verdiyi şikayət qəbul edilməyib. Avropa Şurasının Nazirlər Komitəsi 2014-cü il dekabrın 4-də Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarının icrası məsələsinə baxıb və Məmmədovun təxirə salınmadan azad edilməsinin təmin olunmasını tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG