Accessibility links

Torbyorn Yaqland: İlqar Məmmədovun həbsdə saxlanması xəbəri dərin narahatlıq doğurur


Torbyorn Yaqland, Avropa Şurasının Baş Katibi

Torbyorn Yaqland, Avropa Şurasının Baş Katibi

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanda məhkəmənin REAL Hərəkatının lideri İlqar Məmmədovu azad etməkdən imtina etməsi ilə bağlı bəyanatla çıxış edib.

"Azərbaycandan məhkəmənin Avropa Şurasının Bakıdakı Siyasi Araşdırmalar Məktəbinin rəhbəri İlqar Məmmədovu həbsdə saxlaması haqqında xəbərlər dərin narahatlıq doğurur.

Azərbaycan məhkəməsi növbəti dəfə ölkəsinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirmək öhdəliyinə hörmət etmədiyini göstərdi.

İlqar Məmmədov üç ildir həbsdədir, baxmayaraq ki, barəsində Avropa Məhkəməsinin onun təqibinin siyasi motivli olduğu və hökuməti tənqid etdiyinə görə onu cəzalandırmaq məqsədi daşıdığı haqqında qərarı var.

İnsanı saxta məhkəmə vasitəsilə azadlıqdan məhrum etmək Avropada qurulmuş insan hüquqları sisteminə hücumdur. Mən konstitusiyanın zamini kimi prezident İlham Əliyevi Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində öz öhdəliklərini yerinə yetirməsini təmin etməyə çağırıram", deyə Yaqlandın bəyanatında bildirilir.

XS
SM
MD
LG