Accessibility links

İlqar Məmmədovun deputatlığa namizədliyi irəli sürülüb


İlqar Məmmədovun imza vərəqləri (Foto REAL Hərəkatının facebook səhifəsindən götürülüb)

İlqar Məmmədovun imza vərəqləri (Foto REAL Hərəkatının facebook səhifəsindən götürülüb)

Mayın 2-də 90 saylı Ağdaş seçki dairəsi REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun deputatlığa namizədliyini irəli sürmək üçün sənədlərini qəbul edib.

Bu barədə REAL Hərəkatının icra katibi, Məmmədovun səlahiyyətli nümayəndəsi Natiq Cəfərli Facebook səhifəsində yazıb.

Cəfərli mayın 3-də seçki dairəsindən İlqar Məmmədovun deputatlığa namizədliyinin qeydə alınması üçün lazım olan imzaları toplamaq üçün imza vərəqlərini aldığını bildirir.

90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilər iyunun 18-də keçiriləcək. Deputatlığa namizədliyə artıq 6 iddiaçı var.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham edilərək mühakimə olunub və 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi həbs zamanı onun hüquqlarının pozulduğunu müəyyən edib və azadlığa buraxılması barədə qərar qəbul edib.

2015-ci il oktyabrın 13-də Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədovu həbsdə saxlayıb.

Amnesty İnternational İlqar Məmmədovu “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG