Accessibility links

AŞPA həmməruzəçiləri həbsxanada İlqar Məmmədovla görüşüb


İlqar Məmmədov

İlqar Məmmədov

İyunun 17-də REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach və Cezar Florin Preda ilə görüşüb.

İlqar Məmmədov görüşdə bildirib ki, həmməruzəçilərin siyasi məhbus mövzusuna yanaşması onu qane etməsə də, bu sahədəki çalışmalarında onlara uğurlar arzulayır.

Məlumatda deyilir ki, yanaşması İlqar Məmmədovda xüsusilə ciddi suallar doğuran Rumıniyalı Sezar Predaya məsləhət görüb ki, Azərbaycandakı məlum heykəl məhbuslarının azadlığa buraxılması üçün Rumıniyada Heydər Əliyevə heykəl ucaldan şəxslər xüsusi səylər göstərməlidirlər.

S.Schennach və C.F.Preda iyunun 15-dən Azərbaycanda səfərdədirlər. Onları səfərlərinin ilk günü prezident İlham Əliyev qəbul edib. Onlar günün ikinci yarısında hüquq müdafiəçiləri, media və müxalifət partiyalarının təmsilçiləri ilə görüşmüşdülər.

2013-cü ildə İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunan İ.Məmmədov 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Avropa Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Məhkəmə aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.

XS
SM
MD
LG