Accessibility links

İlqar Məmmədov: Referendum torpaqların təslimi üçündürmü?


İlqar Məmmədov
İlqar Məmmədov

REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədov Azərbaycanda konstitusiyaya dəyişikliklərlə bağlı təklif edilən Referendum Aktı barədə məqalə yazıb. REAL Hərəkatının rəsmi saytı cumhuriyyet.org saytının dərc etdiyi məqaləni təqdim edirik:

Qarabağ münaqişəsində

vasitəçiliyin nəzəri, amma həm də çox praktiki boyutlarından biri – axtarılan həllə uyğun olacaq siyasi rejim tipinin müəyyənləşdirilməsidir.

Sovet dağılan anda yeniyetmə dövrünü yaşayan demokratik rejimlər münaqişənin savaşa sürüklənməsinin qarşısını ala bilməyərək ziddiyyətli düşüncələrə yol açdılar, halbuki demokratik idarə üsulunun həm Ermənistan, həm də Azərbaycanda geriləməsi davamlı atəşkəslə müşaiyyət olunurdu.

Bundan çıxarılan nəticə, hərçənd onunla heç də hamı razı deyil, ondan ibarətdir ki, avtoritar rejimlərə hər hansı bir sülh planını xaricdən məcburi qəbul elətdirmək mümkündür və elə avtoritar olduqları üçün də rejimlər həmin planı xalqa yedizdirə biləcəklər.

Demokratiya isə sonra gələr, sülh möhkəmlənəndə.

Bu yanaşma 2016-cı ilin aprelinədək üstünlüyə sahib idi və vasitəçilik səylərinin bələdçisi idi. Apreldə hər kəs anladı ki, zorakılığın hər yeni dalğası genişmiqyaslı müharibənin birinci səhnəsinə getdikcə daha çox bənzəyir. Doğrudan da, sərt rejimlər milliyətçiliyin istismarını artırmağa getdikcə daha çox meyllənirlər.

Lakin çıxarılan nəticə yenə də mənafelərimizə ziddir. Kimsə düşünür ki, nisbətən mülayim diktatura sülhə çata bilmədisə, daha sərti - ən azından tərəflərin birində qurulsa – bunu mümkün edər.

İdarəetmədə və hakimiyyətin ötürülməsində

sülaləçiliyin möhkəmləndirilməsinə yönəlmiş Konstitusiya Referendumunu ölkəmizdə ciddi maraqlara yiyələnən bəzi xaricilərin dəstəyi olmadan İlham Əliyev elan edə bilməzdi. 18 iyul 2016-cı il təşəbbüsü arxasında kim durursa dursun – istər ingilis şahzadəsi Endrü, istər Aviqdor Liberman, istər Putin, istərsə də Hulliburton şirkətinin yetkililəri – bu sülalə referendumu digər şeylərlə yanaşı vasitəçilikdə köklü dəyişiklikdən xəbər verir: yəni, daxili məsələlərdə özbaşnalığın dozasını artırmağa icazə alnmışdır.

Ermənistandakı rejimin

Azərbaycanda sabah qurulması düşünülən daha da sərt diktaturanın tayı olub-olmayacağı hələ aydın deyil. Bəlkə də bu dəfə oyun "daha liberal Ermənistan daha diktatorçu Azərbaycana qarşı” qaydaları ilə keçiriləcək. Bəlkə də bu, tapılması Ermənistan xalqının öhdəsinə buraxılacaq məchuldur. İndiyədək Azərbaycan və Ermənistan "iki millət – bir cür dövlət” olmuşlar.

Sözü gedən referendumu keçirməyə İlham Əliyevi təhrik edənlər üçün tamamilə məntiqli haldır ki, Dağlıq Qarabağın rəsmən itirilməsinə yönəldilən Azərbaycanda zülm gücləndirilməlidir, xalis mənada torpaq qazanacaq Ermənistanda isə demokratik cəhlərin yolu açıq qalmalıdır.

Nikbin tərəfdən onu deməliyəm ki,

bu plan İlham Əliyevin xarici dostlarınındır, bütün beynəlxalq aləmin deyil. Doğrudur, onun xarici dostları zəif deyillər: onlar ona 2013-cü il yanvarın 23-də Azərbaycandakı siyasi məhbuslarla bağlı Avropa Şurası Parlament Assambleyası (AŞPA) səsverməsini qazandırdılar; ATƏT-in Demokratik Təsisatlar və insan Haqları bürosu (DTİHB) ilə bir qovğa tamaşası qurub 2015-ci il parlament seçkilərinin saxtalaşdırılması işini faktiki olaraq asanlaşdırdılar; və onlar hələ də ABŞ Konqresində onun rejiminə qarşı hazırlanan sanksiyalar qanunu layihəsini ertələməyi bacarırlar.

Ancaq biz möhkəm dursaq və onun dostlarından daha ağıllı adamların beynəlxalq dayanışmasından faydalansaq, nə Dağlıq Qarabağ müyaqişəsini həll edəcək, nə də regionumuzda demokratiyanı gücləndirəcək bu planın üstündən xətt çəkə bilərik.

Qeyd: Bu REAL Hərəkatının liderinin şəxsi mülahizələridir. Rəsmi Bakı hələ məqaləyə münasibıt bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG