Accessibility links

Ali Məhkəmə İlqar Məmmədovun kassasiya şikayətinə baxacaq


İlqar Məmmədov
İlqar Məmmədov

Noyabrın 18-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə REAL Hərəkatının lideri, həbsdə olan İlqar Məmmədovun kassasiya şikayətinə baxılacaq. Bu barədə Amerikanın Səsinəonun vəkili Fuad Ağayev bildirib.

Onun sözlərinə görə, kassasiya şikayətində cinayət hadisə və tərkibinin olmadığına görə cinayət təqibinin dayandırılması məsələsi qoyulub.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. O 7 il azadlıqdan məhrum olunub. 2014-cü ilin mayında AİHM İ.Məmmədovun həbsini qanunsuz hesab edərək onun azadlığa buraxılmasına çağırıb.

Avropa Şurası Nazirlər Komitəsi 20-21 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu etiraf edib.

Nazirlər Komitəsi Bakının AHİM-in qərarının icrasından imtina etməsini müzakirə edərək İ.Məmmədovun azadlığa buraxılmamasını AİHM-in qərarlarının məcburi icrasını tələb edən Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 46.1-ci maddəsinin pozulması kimi qiymətləndirib.

Komitə Azərbaycan hakimiyyətini öz öhdəliklərini könüllü yerinə yetirməyə çağırıb.

Hüquq müdafiəçilərinin fikrincə, 46-cı maddəyə istinad o deməkdir ki, İ.Məmmədov bundan sonra azadlığa buraxılmasa Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı sanksiya qəbul edə bilər.

XS
SM
MD
LG