Accessibility links

Rafto mükafatı laureatları: İlqar Nəsibova qarşı ittiham ləğv edilsin


Ilqar Nəsibov
Ilqar Nəsibov

Norveçin nüfuzlu beynəlxalq Rafto mükafatının 12 laureatı Azərbaycan hakimiyyətinə Naxçıvanda İlqar və Məlahət Nəsibovların hüquqlarının pozulmasına son qoymaq çağırışı ilə müraciət edib.

Bizə 2009-cu il Rafto mükafatının laureatı olan Məlahət Nəsibovanın həyat yoldaşı, jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibova qarşı 2014-cü il avqustun 21-də amansız hücum törədildiyi haqqında məlumat gəlib.

Naməlum şəxslər Naxçıvanda “QHT-lərin İnkişafı və Demokratiya” Resurs Mərkəzinin ofisini talan ediblər. İlqar Nəsibov huşunu itirənə qədər amansızcasına döyülüb. Onun sağlamlığına: beyin silkələnməsi, almacıq sümüyündə, burnunda və qabırğalarında sınıq, müvəqqəti birtərəfli korluq kimi ciddi ziyan vurulub.

Yerli xəstəxanada ona zəruri təcili tibbi yardım göstərildikdən sonra Məlahət Nəsibova yeni təhdidlər alıb, nəticədə o, həyat yoldaşını təhlükəsizlik məqsədilə xəstəxanadan çıxarıb.

Beynəlxalq hüquq müdafiə təşkilatları səylərini birləşdirərək, Nəsibovun müəyyən həcmdə müalicəsinə nail olublar, amma onun sağalması üçün hələ də mütəxəssis həkimlərin köməyi lazımdır.

Sentyabrın 20-də Nəsibova qarşı onu döyənlərdən birinə hücum etmək ittihamı irəli sürüldükdə hadisə daha da xoşagəlməz istiqamətdə inkişaf edib. Bu ittihamlar əsasında ondan və həyat yoldaşından yaşadıqları yeri tərk etməmək haqqında iltizam alınıb, odur ki, onlar Naxçıvanı tərk edə bilmirlər.

Biz, Rafto mükafatı laureatları və insan hüquqları müdafiəçiləri Məlahət və İlqar Nəsibovlara Azərbaycanda azadlıq və demokratiya uğrunda mübarizələrində dəstəyimizi ifadə edir və Azərbaycan hakimiyyətindən aşağıdakıları tələb edirik:

- İlqar Nəsibovun ixtisaslaşmış tibbi yardım əldə etməsini, o cümədən müalicə üçün Bakıya və ya xaricə maneəsiz getməsini təmin etməyi;

- İlqar Nəsibovun və həyat yoldaşı Məlahət Nəsibovanın yerdəyişmə azadlığını qaytarmağı;

- İlqar Nəsibova qarşı ittihamları ləğv etməyi;

- Təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün İlqar Nəsibova qarşı amansız hücumun səmərəli, qərəzsiz və şəffaf araşdırılmasına başlamağı.

Hüquq müdafiə fəaliyyəti ilə əlaqədar Nəsibova və onun ailə üzvlər uzun illərdir fiziki və psixoloji zorakılığa məruz qalırlar. Resurs Mərkəzi Naxçıvanda çətin vəziyyətdə olan, hüquqları pozulan insanlara yardım edən və ədalətin bərqərar olması uğrunda mübarizə aparan yeganə müstəqil təşkilatdır.

Biz Azərbaycan hakimiyyətinə insan hüquqlarına riayət olunması üzrə üzərinə götürdüyü öhdəlikləri xatırladır və onların təqiblərdən qorunması və BMT-nin hüquq müdafiəçiləri haqqında 9 dekabr 1998-ci il tarixli Bəyannaməsində nəzərdə tutulduğu kimi, insan hüquqlarının müdafiəsi üzrə maneəsiz işlərinin təmin edilməsi üçün səmərəli tədbirlər görməyə çağırırıq”, müraciətdə bildirilir.

Müraciəti imzalayanlar arasında Nobel mükafatı laureatı, İranlı hüquq müdafiəçisi Şirin Ebadi də var.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG