Accessibility links

İlqar Nəsibov bağışlayıb


İlqar Nəsibov
İlqar Nəsibov

Noyabrın 4-də Naxçıvan şəhər Məhkəməsində hüquq müdafiəçisi İlqar Nəsibova hücumla bağlı iş üzrə proses keçirilib.

İlqar Nəsibov avqustun 21-də Resurs Mərkəzinin ofisində Fərid Əsgərov və digər şəxslər tərəfindən qəddarcasına döyülüb. Bundan iki həftə sonra polis Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmək) maddəsi ilə cinayət işi başlayıb. İ.Nəsibovun bir neçə nəfər tərəfindən döyülməsinə baxmayaraq, istintaqa yalnız bir nəfəri - Fərid Əsgərov istintaqa cəlb edib. Öz növbəsində Əsgərov da şikayət verib.

Lakin bu gün məhkəmədə Əsgərov təqsirini etiraf edib və əməlindən peşman olduğunu bildirib.

İlqar Nəsibov Amerikanın Səsinə bildirib ki, Əsgərov əməllərini sərxoş olması və hərəkətlərini idarə edə bilməməsi ilə izah edib. O israrla bağışlanmasını istəyib və noyabrın 5-nə təyin edilmiş məhkəmədə cavab şikayətindən imtina etdiyini bildirib.

İlqar Nəsibov deyib ki, hücumun təşkil edilməsinin və icrasının əsas təqsirkarları kənarda qalıb, Əsgərov bu təxribata “qurban” kimi cəlb edilib.

Bunu, həmçinin Əsgərovun atasının Nəsibovun çoxillik dostu olduğunu nəzərə alaraq, hüquq müdafiəçisi onu bağışlayıb.

Nəsibovun Əsgərov barəsində şikayətindən imtina etməsi nəzərə alınmaqla, məhkəmə cinayət işinin xitam edilməsi və Əsgərov barəsində polis nəzarəti qətimkan tədbirinin ləğv edilməsi haqqında qərar qəbul edib. Sabah məhkəmənin Əsgərovun Nəsibova qarşı şikayəti üzrə də analoji qərar qəbul edəcəyi gözlənilir.

İlqar və Məlahət Nəsibovlar Naxçıvanda fəal hüquq müdafiə və jurnalist fəaliyyəti ilə məşğul olurlar. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları İ.Nəsibovun amansızcasına döyülməsinin məhz Nəsibovların hüquq müdafiə fəaliyyəti ilə bağlı olduğuna əmindir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG