Accessibility links

Apellyasiya Məhkəməsi İlqar Məmmədov və Tofiq Yaqublunun şikayətinə təkrar baxacaq


İlqar Məmmədov və Tofiq Yaqublu

İlqar Məmmədov və Tofiq Yaqublu

Fevralın 25-də saat 14.30-da Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini, publisist Tofiq Yaqublunun işinə təkrar baxılacaq.

Vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib ki, dinləmələr məhkumların iştirakı olmadan keçiriləcək. İ.Məmmədov və T.Yaqublu özləri xahiş ediblər ki, proses onların iştirakı olmadan keçirilsin.

Oktyabrın 13-də Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.

Hələ bir il öncə Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxllması barədə qərar qəbul edib. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Ötən ilin noyabrında AİHM T.Yaqublunun da şikayətini təmin edib.

İ.Məmmədov və T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Lakin onlar ittihamı uydurma və siyasi motivli hesab edirlər. Amnesty İnternational onları “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG