Accessibility links

İlqar Məmmədov: Məhkəmə qeyri-şəffaf və qeyri-obyektiv keçirilir


İsmayıllı hadisələri
İsmayıllı hadisələri

İsmayıllı hadisələri ilə bağlı məhkəmə baxışı noyabrın 18-nə təyin edilib

Noyabrın 5-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri üzrə hazırlıq iclası başa çatıb.

Turan agentliyinin bölgə müxbirinin məlumatına görə, bu gün bütün müttəhimlərin qohumları zala buraxılıb, lakin vətəndaş cəmiyyətinin və müxalifətin nümayəndələri, həmçinin bir çox jurnalist zala buraxılmayıb.

REAL hərəkatının lideri İlqar Məmmədov bildirib ki, prosesin açıq olacağı barədə dövlət başçısı İlham Əliyevin söylədiklərinə zidd olaraq məhkəmə qeyri-şəffaf və qeyri-obyektiv keçirilir.

Digər müttəhim, İsmayıllı sakini Vasif İbrahimov bildirib ki, Bakı təcridxanasında Fərid adlı əməkdaş tərəfindən amansızcasına döyülüb.

O, ombudsmana müraciət edib. Bundan sonra şikayətini geri götürməsi üçün ona təzyiqlər edilib.

Bununla yanaşı zalda həbsdə olanların qohumları ilə ünsiyyəti üçün şərait yaradılıb.

Məhkəmə baxışı noyabrın 18-nə təyin olunub.
XS
SM
MD
LG