Accessibility links

Şimali Koreya aşağı dərəcəli uran zənginləşdirmə obyektini açıqlayıb

  • Amerikanın səsi

Şimali Koreya aşağı dərəcəli uran zənginləşdirmə obyektini açıqlayıb

Şimali Koreya aşağı dərəcəli uran zənginləşdirmə obyektini açıqlayıb

Şimali Koreya özünün yüngül su nüvə reaktoru üçün zənginləşdirilmiş uran hasilatında irəliləyiş əldə etdiyini bildirir.

Şimal ötən il Yonqbyon nüvə kompleksində aşağı dərəcəli uran zənginləşdirmə zavodunu açıqlamışdı. Kommunist dövlətinin rəsmiləri bu obyektdən elektrik enerjisi hasil etmək üçün istifadə olunduğunu bildirib. Amma Qərbli müşahidəçilər zavodun yüksək dərəcəli uran zənginləşdirərək atom bombası istehsal etmək üçün istifadə ediləcəyindən narahatdırlar.

Pxenyan dinc nüvə enerjisi hasilatını onun milli suverenliyinə aid məsələ kimi dəyərləndirir.

İki il bundan öncə Şimali Koreya ABŞ, Cənubi Koreya, yaponiya, Çin və Rusiya ilə altıtərəfli danışıqları tərk etmişdi. Həmin danışıqlarda aparıcı qüdrətlər Pxenyana nüvə proqramından əl çəkmək müqabilində iqtisadi və diplomatik imtiyazlar vəd etmişdilər.

XS
SM
MD
LG