Accessibility links

Şimali Koreya cənuba qarşı müharibədə nüvə silahlarından istifadə etməyə hazırdır


Şimali Koreya cənuba qarşı müharibədə nüvə silahlarından istifadə etməyə hazırdır
Şimali Koreya cənuba qarşı müharibədə nüvə silahlarından istifadə etməyə hazırdır

Şimali Koreya cənuba qarşı müqəddəs müharibədə nüvə silahlarından istifadə etməyə hazır olduğunu bildirib. Pxenyan bu bəyanatı Seulun son günlərdə keçirdyi hərbi təlimlərlə əsaslandırır. Cənubi Koreyanın hava və quru qüvvələri növbəti təlimdə sərhədlərdən cəmi 30 kilometr məsafədə yerləşən qarlı dərəni top atəşinə tutub. Manevrlərdə tanklardan, artilleriyadan və F-15 təyarələrindən istifadə olunur. Donanma qüvvələri isə artıq üçüncü gündür ki, ölkənin şərq sahili boyunca intensiv təlimlər keçirirlər. Polkovnik Kim Byunq-su deyib ki, hərbi təlimlər düşməni geri oturtmaq məqsədi daşıyır.

Şimali Koreya dövlət xəbər agentliyi isə müdafiə naziri Kim Yonq-çuna istinad edərək, Şimali Koreyanın nüvə silahları ilə birlikdə “müqəddəs müharibəyə” hazır olduğunu bildirib. Cənubi Koreya prezidenti Li Myunq-bak cəbhə xəttində əsgərlərlə görüşüb. O, deyib ki, cənub şimaldan qaynaqlanan hər hansı bir hücuma elə güclü cavab verməlidir ki, bir də Pxenyan bu növ hərəkətlərə yol verə bilməsin. Xəbər brifinqi zamanı Xarici İşlər Nazirliyinin sözçüsü Kim Yonq-sun təlimləri adi manevrlər adlandırıb. O əlavə edib ki, təlimlər Şimali Koreyadan uzaq məsafədə keçirilir.

XS
SM
MD
LG