Accessibility links

Şimali Koreya Cənubi Koreyanı tənqid edib


Şimali Koreya Cənubi Koreyanı tənqid edib

Şimali Koreya Cənubi Koreyanı tənqid edib

Cənubi Koreya ötən həftə çox-millətli donanma təlimlərinə ev sahibliyi edirdi

Şimali Koreya Cənubi Koreyanı ötən həftə çox-millətli donanma təlimlərinə ev sahibliyi etdiyinə görə tənqid edib. ABŞ, Yaponya, Avstraliya, Cənubi Koreya və başqa 10 ölkənin döyüş gəmiləri və hava aviasiyasiyaları təlimlərdə iştirak edib. Təlim kütləvi qırğın silahları daşıyan konvoyun qarşısını almaq xarakteri daşıyırdı. Şimali Koreya təlimi ikiyə bölünmüş Koreyalar arasında parçalanmanı dərinləşdirməyə yönələn “hərbi təxribat və cinayət qəsdi” adlandırıb. Başqa şərhdə dövlətə məxsus Koreya Mərkəzi Xəbər Agentliyi bildirib ki, nə qədər ki, ABŞ-ın hərbi təhdidləri davam edir, Şimali Koreya öz hərbi qüvvəsini “100 və ya 1000 qat” artıracaq.

XS
SM
MD
LG