Accessibility links

Şimali Koreya Cənubi Koreyanın balıqçı qayığını yaxaladığını təsdiq edib


Şimali Koreya Cənubi Koreyanın balıqçı qayığını yaxaladığını təsdiq edib

Şimali Koreya Cənubi Koreyanın balıqçı qayığını yaxaladığını təsdiq edib

Daeseung 55 qayiğı dörd Cənubi Koreya və üç Çin ekipaj üzvlərini daşıyırdı

Şimali Koreya bir həftə bundan əvvəl eksklüziv iqtisadi zonaya daxil olduğuna görə Cənubi Koreyanın balıqçı qayığının yaxaladığını təsdiq edib. Bu gün Şimali Koreya mediası rəsmilərin hadisəni araşdırdığını bildirib. Məlumatda deyilir ki, Daeseung 55 qayiğı dörd Cənubi Koreya və üç Çin ekipaj üzvlərini daşıyırdı. Ötən həftə Cənubi Koreya Pxenyana ismarıc gönədərək, beynəlxalq qanun, gömrük və humanitar qaydalara əsaslanaraq qayıq və yeddi balıqçının dərhal azad edilməsinə çağırmışdır. Cənubi Koreya rəsmiləri bildirib ki, balıqçı qayığı avqust ayının səkkizində yarımadanın şərq sahilində ələ keçirilib.

XS
SM
MD
LG