Accessibility links

Şimali Koreya Cənubi Koreyaya məxsus adanı artilleriya atəşinə tutub


.
.

Şimali Koreya Cənubi Koreyaya məxsus adanı artilleriya atəşinə tutub. Cənubi Koreya qüvvələri artilleriya barajına cavab atəşi açıb.Cənubi Koreya hərbçiləri Koreya müharibəsindən bəri ən ciddi insident zamanı iki əsgərin həlak olduğunu və 12-nin yaralandığını deyirlər. Media bir neçə yaşayış binasının alovlandığını və iki mülki vətəndaşın yaralandığını bildirir. Yeonpyeonq adasının mindən çox sakini müvəqqəti sığınacaqlara köçürülüb. Prezident Li Myunq-Bak insidenti təhlükəsizlik nazirləri ilə fövqəladə yığıncaqda müzakirə edib. Onun hökuməti əlavə hücumlara sərt cavab veriləcəyini bəyan edib. Şimali Koreya atışmanın Cənubi Koreya qüvvələrinin şimal sahillərindən 12 kilometrlik məsafədə yerləşən adada keçirilən təlimlərə cavab olduğunu bildirib. Cənubi Koreya əsgərlərinin şimal istiqamətində deyil, dənizə doğru atəş açdıqlarını deyir.

XS
SM
MD
LG