Accessibility links

Şimali Koreya cənubu vətəndaşlardan sipər kimi istifadə etməkdə günahlandırır


Şimali Koreya əsgərləri Çinlə sərhəddə keşik çəkir

Şimali Koreya əsgərləri Çinlə sərhəddə keşik çəkir

Şimali Koreya Cənubi Koreyanı ötən həftə baş verən hərbi qarşıdurma zamanı mülki vətəndaşlardan sipər kimi istifadə etməkdə günahlandırıb. Kommunist dövlətinə məxsus Koreya Mərkəzi Xəbər Agentliyi, əgər varsa, mülki vətəndaşlar arasında təlafatı "təəssüfləndirici" adlandırıb, lakin buna görə Cənubi Koreyanı qınayıb. Şimali Koreya Cənubi Koreyanın Yeonpyeonq adasını artilleriya atəşinə tutduqdan sonra Koreya yarımadasında gərginlik artıb. Bombalama zamanı iki cənubi koreyalı dəniz piyadası və iki mülki vətəndaş həlak olmuşdu. Seul hospitalında keçirilən əsgərlərin dəfn mərasimində yüksək vəzifəli siyasətçilər, generallar və din xadimləri iştirak ediblər. Dəniz piyadalarının komandanı General-Leytenant Yu Nak-cun “minqat” qisas alınacağına and içib. O, bu bəyanatı televiziyada canlı yayımlanan çıxışında verib.

Bu arada Çin Koreya yarımadasında gərginliyi azaltmaq üçün diplomatik kampaniyaya başlayıb. İki yüksək rütbəli Çin rəsmisi durumu sakitləşdirmək üçün Seula yollanıblar. Onlar Cənubi Koreyanın xarici işlər naziri ilə görüşəcəklər. Çin xarici işlər naziri Yanq Cieçi məsləhətləşmələr üçün rusiyalı həmkarı Sergey Lavrova müraciət edib.

XS
SM
MD
LG