Accessibility links

Şimali Koreya: "Hərbi dəniz təlimləri yarımadanı müharibəyə yaxınlaşdırır"


Şimali Koreya: "Hərbi dəniz təlimləri yarımadanı müharibəyə yaxınlaşdırır"
Şimali Koreya: "Hərbi dəniz təlimləri yarımadanı müharibəyə yaxınlaşdırır"

Bu gün Şimali Koreya xəbərdarlıq edib ki, ABŞ-Cənubi Koreya hərbi dəniz təlimləri yarımadanı mübaribəyə yaxınlaşdırır. Şimalı Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, ABŞ-ın nüvə enerjisi ilə işlələyən təyyarə gəmisinin iştirak etdiyi təlimlər Şimali Koreyanı hədəf almış ehtiyyatsız plandır. Pxenyan Cənubi Koreyada əvvəllər keçirilmiş hərbi təlimləri ittiham edən zaman da belə tənqidləri irəli sürüb. Bu gün Şimalda yenə artileriya atəş səsləri eşidilib. Ancaq Cənubun Birgə Qərargahlar İdarəsinin sözçüsü deyib ki, Cənubi Koreyanın ərazisinə heç bir mərmi düşməyib.

XS
SM
MD
LG