Accessibility links

Şimali Koreya kommunist dövlətinin əsasını qoyan liderin doğum gününü qeyd edir

  • Cəmilə Aydın

Şimali Koreya kommunist dövlətinin əsasını qoyan liderin doğum gününü qeyd edir

Şimali Koreya kommunist dövlətinin əsasını qoyan liderin doğum gününü qeyd edir

Şimali Koreya kommunist dövlətinin əsasını qoyan Kim İl Sunqun doğum gününü qeyd edib.

Şimali Koreya kommunist dövlətinin əsasını qoyan Kim İl Sunqun doğum gününü qeyd edib. Dövlətə məxsus Koreyanın mərkəzi mətbuat agentliyinin verdiyi xəbərə əsasən Pxenyan sakinləri çərşənbə axşamı Taedonq çayı boyu sıraya düzülərək kaleydoskop üsulu ilə atılan fişəngləri seyr etiblər. Günəş günü adlandırılan atəşfəşanlıq Kimin doğum gününün ildönümünə həsr olunub.

Koreyanın mərkəzi mətbuat agentliyi bildirib ki, lider Kim Conq İl atasının doğum gününü 90 hərbi generalın rütbələrini artırmaqla qeyd edib. Agentlik bunu da bildirib ki, Kim atasının yubileyinin bir hissəsi kimi bu həftənin əvvəli hərbi təlimləri müşahidə etməklə keçirib. Cənubi Koreya fəalları isə ölkə sərhədi boyu DVD-lər və siyasi vərəqələrlə doldurulmuş şarları havaya buraxıb.

XS
SM
MD
LG