Accessibility links

Şimali Koreya əlavə hərbi hücumlar etsə, cənub qüvvələri hücumu hava zərbələri ilə cavablandıracaq

  • Amerikanın səsi

Şimali Koreya əlavə hərbi hücumlar etsə, cənub qüvvələri hücumu hava zərbələri ilə cavablandıracaq

Şimali Koreya əlavə hərbi hücumlar etsə, cənub qüvvələri hücumu hava zərbələri ilə cavablandıracaq

Cənubi Koreyanın müdafiə naziri vəzifəsinə təyin edilmiş təqaüddəki general Kim Kvan Cin deyib ki, əgər Şimali Koreya əlavə hərbi hücumlar etsə, cənub qüvvələri hücumu hava zərbələri ilə cavablandıracaq. Parlamentin təsdiqləmə dinləməsində çıxış edən general Cin hava zərbələrinin müharibəyə gətirib çıxaracağı barədə qorxuları rədd edərək, ABŞ və Cənubi Koreya hərbi qüvvələrinin imkanlarından danışıb. Cənubi Koreya hökuməti şimalın hücumundan bəri müxalifətin sərt tənqdiləri ilə üzləşir. Müxalifətçilər rəsmi Seulu Yenpyeonq adasına hücuma zəif cavab verməkdə ittiham edirlər. Şimali Koreya qüvvələri həmin insident zamanı adaya 170 mərmi atmışdı. Cənub qüvvələri isə cavab atəşi açaraq şimala 80 mərmi atmışdılar.

XS
SM
MD
LG