Accessibility links

Şimali Koreya lideri ölkəsi ilə Çin arasında münasibətlərin daim möhkəm olacağını bildirib

  • Amerikanın səsi

Şimali Koreya lideri ölkəsi ilə Çin arasında münasibətlərin daim möhkəm olacağını bildirib

Şimali Koreya lideri ölkəsi ilə Çin arasında münasibətlərin daim möhkəm olacağını bildirib

Şimali Koreya lideri Kim Conq İl hakimiyyətin nəsildən nəsilə hansı tezlikdə ötürüləcəyinə baxmayaraq ölkəsinin Çinlə münasibətlərinin daim möhkəm olacağını deyib. Dünən axşam Pxenyanqda yüksək rütbəli çinli diplomatlarla şam yeməyi zamanı dediyi sözlərlə cənab Kimin Şimali Koreyada hakimiyyəti kiçik oğlu Kim Conq Una ötürəcəyinə işarə etdiyi ehtimal edilir. Gənc Kim Şimali Koreya ilə Çin arasında dostluq müqaviləsinin 50-ci ildönümünə həsr olunmuş məclisdə yuxarı başda oturub. Şimali Koreyanın rəsmi mətbuat orqanı tərəfindən nümayiş etdirilən şəkillərdə Kim Conq Unun şəkili daim diqqət mərkəzində olub ki, bu, da onun statusunun qalxdığına işarədir.

XS
SM
MD
LG