Accessibility links

Şimali Koreya Seulun gəmilərinə hücum edəcək


Pxenyan Seulla təsadüfi dəniz qarşıdurmalarının qarşısını almaq məqsədi daşıyan razılığa son qoyacaq

Cənubi Koreyaya məxsus hərbi gəminin batırılmasının arxasında durmaqda ittiham olunan Şimali Koreya bildirib ki, Pxenyan Seulla təsadüfi dəniz qarşıdurmalarının qarşısını almaq məqsədi daşıyan razılığa son qoyacaq. Şimali Koreya ordusunun açıqlamasına görə, onlar razılığı tamamilə ləğv edəcəklər. Koreya Mərkəzi Agentliyinin bu gün yaydığı açıqlamada bildirilir ki, Şimali Koreya mübahisəli sərhədi keçən bütün Cənubi Koreya gəmilərinə hücum edəcək. Bəyanatda habelə deyilir ki, Şimal sərhəd Kaesonq şəhərində birgə sənayə parkına Cənubun çıxışını kəsəcək. Rejim dünən Cənubi Koreyanın 8 hökumət işçisini Kaesonqdan çıxarıb.

XS
SM
MD
LG