Accessibility links

Şimali Koreya yüngül su nüvə reaktoru inşa edir


Şimali Koreya yüngül su nüvə reaktoru inşa edir
Şimali Koreya yüngül su nüvə reaktoru inşa edir

ABŞ-a məxsus özəl təhlükəsizlik firması peyk şəkilləri vasitəsilə Şimali Koreya hökumətinin eksperimental yüngül su nüvə reaktoru inşa etdiyini aşkar edib. Vaşinqtonda yerləşən nüvə araşdırma təşkilatı - Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu – bu həftə istifadədən çıxarılmış Yonqbyon nüvə obyektində yeni inşaat işlərinin getdiyini göstərən şəkillər açıqlayıb. Şəkillər bu yaxınlarda obyektə səfər etmiş iki amerikalı ekspertin dediklərini təsdiq edir. Klinton və Buş administrasiyalarında Şimali Koreya üzrə ekspert qismində çalışmış diplomat Cək Pritçard bu həftə Şimali Koreya rəsmilərinin ona reaktor tikilişi haqda məlumat verdiyini deyib. Pritçardla birgə Şimali Koreyayay getmiş ABŞ-ın nüvə eksperti Ziqfrid Heker də Yaponiyanın Kyodo xəbər agentliyinə oxşar şərhlər verib. Ekspertlər deyirlər ki, adətən yüngül su nüvə reaktorlarından yalnız elektrik enerjisi hasil etmək üçün istifadə olunur.

XS
SM
MD
LG