Accessibility links

Şimali Koreyanın lideri dəfn olunur


Şimali Koreyanın lideri dəfn olunur
Şimali Koreyanın lideri dəfn olunur

Şimali Koreyanın sabiq lideri Kim Conq İlin Pxenyandakı dəfninə on minlərlə adam qatılıb. İki günlük mərasim kommunist liderin irsini yaddaşlara həkk etmək məqsədi güdür.

Ölmüş liderin portretini daşıyan qara limuzinin ardınca ağ güllər üzərində bayrağa bürünmüş Kimin tabutunu daşıyan başqa limuzin küçə ilə gedib.

Qarlı havada keçirilən dəfn mərasimini on minlərlə koreyalı küçələrdə izləyib.

Kim Conq İl dekabrın 17-də öləndən bəri dövlət televiziyası dayanmadan qeyri-adi ictimai kədər səhnələrini efirdə işıqlandırıb.

“Qar göz yaşları kimi axır. Biz böyük generalımızı itirdiyimiz halda səma necə ağlamaya bilər,” deyə şimali koreyalı əsgər bildirir.

Atasının cənazəsi nəhəng Kumsuman Xatirə Sarayını tərk etdikcə ölmüş liderin oğlu və siyasi varisi Kim Conq Un onun tabutunun yanında addımlayıb.

Analitiklər kommunist dövlətlərinin ənənəsinə uyğun olaraq dəfn mərasiminin varisin öz statusunu möhkəmləndirmək funksiyası daşıdığını bildirirlər.

XS
SM
MD
LG