Accessibility links

Şimali Qafqazda zorakılıqlar davam edir


Şimali Qafqazda zorakılıqlar davam edir

Şimali Qafqazda zorakılıqlar davam edir

Bombanın yük maşınına yerləşdirdildiyi deyilir

Bu gün Rusiyanın cənubunda yük maşınında yerləşdirilmiş bombanın partlaması nəticəsində bir İkinci Dünya müharibəsi veteranı həlak olmuş, azı 20 nəfər yaralanmışdır. Rusiyanın İnterfaks xəbər agentliyinin bildirdiyinə görə, 1906-cı ildə anadan olmuş veteran partlayış nəticəsində aldığı yaralar səbəbindən xəstəxanada keçinmişdir. Bombanın Şimali Qafqazdakı Kabardin-Balkar respublikasının paytaxtı Nalçik şəhərində 1 May bayramı münasibəti ilə təşkil edilən at yarışları zamanı partladıldığı deyilir. Rusiya prezidenti Dmitri Medvedevin hadisə ilə bağlı təhqiqat aparılmasına göstəriş verdiyi bildirlir.

XS
SM
MD
LG