Accessibility links

Şimali İrlandiyada iğtişaşlar davam edir

  • Amerikanın səsi

Şimali İrlandiyada iğtişaşlar davam edir

Şimali İrlandiyada iğtişaşlar davam edir

Şimali İrlandiya paytaxtı Belfastda iğtişaşların ikinci gecəsində irlandiyalı millətçilər protestant loyalistlərlə üz-üzə gəliblər. Toqquşmalar Belfastın şimalındakı Ardoyne məhəlləsində baş verib.

Polis onlara yanacaq bombalar, kərpiclər və fişənglər atan iğtişaşçılara qarşı suvuran maşınlardan və plastik güllələrdən istifadə ediblər.

Protestantların 1690-cı ildəki Boyne döyüşündəki qələbəsinin ildönümündə, “On İkinci” adlı bayram əsnasında 22 polis zabiti yaralanıb.

On minlərlə protestant hər il Şimali İrlandiyada yürüş keçirərək Kral Vilyamın katolik rəqibi James üzərindəki qələbəsini bayram edir.

XS
SM
MD
LG