Accessibility links

Nyu-York imamını qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs edilib


Nyu-York rəsmiləri bildirib ki, məsciddən çıxan imam və onun yardımçısını qətlə yetirməkdə şübhəli bilinən Bruklin sakini ikinci dərəcəli qətldə təqsirli bilinərək həbs edib.

“Oskar, sən onları müsəlman olduqları üçün öldürdünmü?” deyə jurnalistlər qətldə şübhəli bilinən şəxsdən soruşub.

Polisin bildirdiyinə görə 35 yaşlı Oskar Morel qətllə əlaqəsi olmayan digər bir hadisəyə görə bazar günü saxlanılıb. O, avtomobili ilə bir nəfəri vurandan sonra hadisə yerindən qaçmağa cəhd edib.

Qətl hadisəsində ittiham edilməkdən əlavə o, cinayət törətmək məqsədi ilə silah gəzdirməkdə də təqsirləndirilir.

55 yaşlı imam Maulama Akonji və onunla birgə olan 64 yaşlı yardımçısı Tara Uddin şənbə günü günorta namazından sonra küçədə yaxın məsafədən güllələnərək öldürülüb.

Rəsmilər hadisənin motivi barədə bir söz deməyib.

Nyu-York şəhərində yaşayan müsəlmanlar Akonji ilə Uddinin ölümü ilə əlaqədar matəm keçirdiyi bir vaxt, İslam Liderlik Şurası kimi təşkilatlar müsəlman sakinləri məscid və onun ətrafındakı yerlərdə ehtiyatlı və diqqətli olmağa səsləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG