Accessibility links

Mühacirlər mühacirlərə yardım edir [Video]


Birləşmiş Ştatlarda mühacir qanunları ilə bağlı debatların getdiyi bir vaxt, artıq bu ölkədə olan mühacirlər yeni dünyada özlərinə yer tapmağa çalışır və belə görünür ki, mühacirlərin biri-birilərinə yardımı daha effektivdir.

Nigeriyadan gəlmiş Məryəm Oyentonci əkizlərini tək böyüdür. 13 aylıq İzabel və İsaak sevgi dolu bir həyat yaşayırlar. “Mən, xoşbəxtəm ki, belə sağlam uşaqlarım var. Onlar mənim hər şeyimdir.”

Lakin gmariözlənilməz hamiləlik, sevgilisi və ənənəvi afrikalı ailəsindən imtina edilən Məryəmin mühacirat həyatı həmişə belə rahat olmayıb. “Biz milli paltar geyinirik. Bizim mədəniyyətimizdə qız ərə getməyənə qədər valideynləri ilə yaşamalıdır. Mənim evlənmədən hamiləliyim hər şeyi alt-üst etdi və mən öz başımın çarəsinə baxmalı idim.”

Ona yardımı “Meri Mərkəzi” etdi. Bu qeyri-hökumət səhiyyə təşkilatı Vaşinqton mahalı və 100-dən çox ölkədən gələn insanlara yardım edir.

Canani Ramaçandran Hindistanda böyüyüb. O deyir ki, yardım bəzən qəddar sistemlərdə insanlara yardım etməyi öyrədir. “Səhiyyə sistemində, psixi xəstəliklər sistemində çatışmazlıqlar, mədəniyyətlərə hörmətsizlik var. Dediyim kimi, mən Hinditandanam və gördüyüm iş mənə hindistanlının əfqan mühacirləri, latıno köçkünləri və digər mədəniyyətləri necə qəbul etməyi öyrədir.”

“Meri Mərkəzi” fəaliyyətə 1988-ci ildə, kiçik klinika olaraq, yaşamağa yerləri olmayan latin-amerikalı qadınlara yardım məqsədilə təşkil edilib. Bu gün isə artıq büdcəsində 40 milyon dollar olan bu mərkəz 7 bölgədə on minlərlə insana yardım edir.

Mərkəzin təməlini qoyan Mariya Qomez Kolumbiyadakı zorakılıqdan qaçaraq, uşaq ikən gəlib. Ağ Evdəki mərasimdə o, mərkəzin açılma səbəbindən danışıb. “Amerika xalqı, bu ölkə mənim üçün o qədər edib ki, mən də bununla borcumu qaytarmaq istədim.”

2013-cü ildə prezident Barak Obama Mariya Qomezi “Prezidentin Vətəndaş medalı” ilə təltif etdi. Bu qadının etdiklərinin təsirini hər gün görmək olur.

XS
SM
MD
LG