Accessibility links

Avropa İttifaqı və Afrika ölkələrinin liderləri Maltada miqran böhranını müzakirə edir


Afrika və Avropa İttifaqına daxil olan ölkələrin 60-dan çox lideri bu il yüz minlərlə insanın Avropaya üz tutması ilə əlaqədar yaranmış miqrant böhranının həllinin yaxşılaşdırılmasına dair müzakirələr aparmaq üçün Maltada görüşür.

Avropa İttifaqı bildirib ki, sammitdə insanların vətənlərini tərk etməsinin səbəbləri, qanuni mühacirət üsullarının təkmilləşdirilməsi, mühacirlərin müdafiəsini gücləndirmək, insan oğurluğu ilə mübarizə və Afrika ölkələri ilə sığınacaq ala bilməyən insanların geri qaytarılmasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ünvanlanacaq.

Müharibə səbəbindən əsasən Suriya və Əfqanıstandan hər gün Yunanıstanın adalarına minlərlə mühacir pənah gətirir və oradan Balkanlar vasitəsi ilə qərbi Avropa ölkələrinə getməyə ümid edir.

İtaliya ötən il əsasən Afrika və Asiya ölkələrindən böyük mühacir axını ilə qarşılaşıb.

Avropa İttifaqı bildirib ki, xarici mühacirlərin sayının həddindən çox olmasına görə hətta mühacirət edənlərin axını dərhal dayandırılsa da artıq qeydiyyata alınmış mühacirlərin sığınacaq prosesi bir neçə il çəkəcək.

Qitədə mühacirət əleyhinə münasibət güclənir. Avropa İttifaqına daxil olan Slovenia bu gün Xorvatiya ilə sərhəddə tikan məftillərdən hasar çəkməyə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG