Accessibility links

Miyonlarla sənədsiz mühacirin müdafiəsi ilə bağlı planını açıqlayan ABŞ prezidenti bu gün Nevada ştatının Las Veqas şəhərində mühacirət islahatları ilə bağlı sənədə imza atmalıdır.

Dünən axşam Ağ Evdən xalqa müraciət edən Barak Obama 5 milyon qeyri-qanuni mühacirin deportasiyasını müvəqqəti dayandıracaq planı açıqlayıb.

Bu ölçüyə əsasən uşaqlarının ABŞ vətəndaşlığı, yaxud daimi yaşayış statusu (Green Card) olan valideynlər iş icazələri üçün müraciət etmək hüququ əldə edəcək.

“Mənim təsvir etdiyim cavabdehlikdir – normal məntiqdir, orta yoldur. Əgər sən bu kirteriyalara cavab verirsənsə, kölgədən çıxa və qanuni status qazana bilərsən. Əgər kriminalsansa, deportasiya olunacaqsan," deyə Prezident Obama bildirib. “Əgər bu ölkəyə qeyri-qanuni yolla daxil olmaq istəyirsənsə, sənin tutulma şansların bundan sonra xeyli artacaq.”

Respublikaçı qanunvericilər prezidentin bu qərarını tənqid edərək, Konqresin təsdiqi olmadan onun mühacirət qanunlarını dəyişmək kimi bir səlahiyyətə malik olmadığını deyib.

Nümayəndələr Palatasının spikeri Con Beyner Barak Obamanın qərarını konstitusiyaya zidd adlandıraraq, prezidentin özünü kral və imperator kimi apardığını bildirib.

Con Beyner Barak Obamanın prezidentliyə ziyan vurduğunu deyib. Nümayəndələr Palatasının spikeri respublikaçıların hərəkətsiz qalmayacağına və təktərəli qərarla mübarizə aparacaqlarınına and içib.

Beyner prezidentin bu addımının qeyri-qanuni mühacirləri daha da təşviq edəcəyini və onların həyatlarını riskə atacağını bildirib.

ABŞ dövlət başçısı isə qərarının legitimliyini müdafiə edərək, həm respublikaçılar, həm də demokratların hələ illər öncə bunabənzər qərarı təsdiq etdiklərini deyib.

"Konqresin mənim səlahiyyətlərimi və Konqresin bacara bilmədiyi işi gördüyümü sual altına alan üzvlərinə müraciət edirəm, sənədi təsdiq edin. Mən daimi bir qanunun əldə edilməsi üçün hər iki partiya ilə işləmək istəyirəm."

Bir il əvvəl Senatda mühacirət islahatlarına dair qanun layihəsi hər iki partiyanın dəstəiyini qazanmşdı.

Lakin respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası sənədi səsveməyə çıxarmamışdı.

İndi Senatın nəzarətinin demokratlardan respublikaçılara keçməsi ilə islahatlar planının təsdiqi mümkün görünmür.

XS
SM
MD
LG