Accessibility links

Çin hərbi büdcəsini 11.2 faiz artırır


Güclənən iqtisadiyyat hərbi genişlənməyə şərait yaratdıqca Çin hərbi büdcəsini 2012-ci ildə 11.2 faiz, yəni 106.7 milyard dollar artıracağını bəyan edib.

Çin parlamentinin sözçüsü Li Jaoşinq müxbirlərə bildirib ki, hərbi xərclər təqribən 10.6 milyard dollar çoxalacaq.

Li bildirib ki, “Çinin 1.3 milyardlıq əhalisi, böyük ərazisi, uzun sahil zolağı var, amma başqa ölkələrlə müqyaisədə Pekinin hərbi xərcləri azdır.”

Çinin hərbi büdcəsi həcminə görə Birləşmiş Ştatlardan sonra dünyada ikinci yeri tutur.

Hərçənd ki, Pekin hərbi günişlənmıənin sırf müdafiə mahiyyətli olduğunu israr edir, Çinin hərbi qüdrətinin artması Asiya və Vaşinqtonda narahatlıqları artırıb.

XS
SM
MD
LG