Accessibility links

Bu həftənin əvvəli Pekin Pxenyana Şimali Koreyada iki iqtisadi zonanı inkişaf etdirməyə yardım edəcəyinə söz verəndən sonra Şimali Koreyanın lideri Kim Conq Unun böyük nüfuza malik əmisi Çin prezidenti Hu Cintao və baş nazir Ven Ciabao ilə görüşüb.

Bu gün səhər keçirilən görüş Kim Conq Un hakimiyyətə gəldikdən sonra iki Kommunist partiyası arasında keçirilən ilk yüksək səviyyəli diplomatik görüşdür. Onun atası Kim Conq İl keçən ilin dekabr ayında qəflətən vəfat edib. Rəsmi Beynəlxalq Çin Radiosu Canq Sonq Taekin Çinə altı günlük səfəri zamanı Şimali Koreyanın şərq sahilindəki Rasonda və Çinlə sərhəd Quanqqumphyonqda ikinci iqtisadi zonanı müzakirə edib.
XS
SM
MD
LG