Accessibility links

Çin dövlət televiziyası Çinin cənub-qərbi Kunminq şəhərinin dəmiryol vağzalında bıçaqla 31 nəfəri öldürdüyünə görə üç kişinin ölüm, bir qadının isə ömürlük həbs cəzasına məhkum etdiyini bildirib.

Kunminq xalq məhkəməsi qərarı bu gün elan edib.

Cinayət işi açılmış dörd nəfər qətl və terrorçu qrupa üzvlükdə təqsirləndirilir.

Pekin şimal-qərbi Sincan regionundakı müsülman yaraqlıları 141 nəfərin yaralandığı 1 mart hücumunda günahlandırır.

Çin rəsmiləri digər dörd hücumçunu atəş açaraq öldürüb.

XS
SM
MD
LG