Accessibility links

Hindistanın şimal-şərd bölgəsində kəndlərə silahlı hücum olub


Hindistan rəsmilərinin bildirdiyinə görə, ölkənin şimal-şərq bölgəsində kəndlilələrə yaraqlılar tərəfindən edilən hücum zamanı 7 nəfər ölüb, azı 9 nəfər yaralanıb.

Rəsmilər silahlı şəxslərin kəndliləri Assam vilayətinin Qolapara mahalında Divali hindu bayramını qeyd etdikləri zaman atəşə tutduqlarını bildirib.

Polis hücumun Milli Azadlıq Ordusu "Qaro" üzvləri tərəfindən həyata keçirildiyindən şübhələnir.

Bölgənin müstəqilliyini tələb edən "Qaro" qrupu qətl hadisələri törətmək və insanları girov götürərək, bölgədə ən qəddar yaraqlı qrup kimi tanınır.
XS
SM
MD
LG