Accessibility links

Fransa prezidenti Nikola Sarkozi rəsmi səfərlə Hindistandadır

  • Amerikanın səsi

Fransa prezidenti Nikola Sarkozi Bangalorda Hindistanın Fəza Araşdırma Təşkilatında çıxış edir.

Fransa prezidenti Nikola Sarkozi Bangalorda Hindistanın Fəza Araşdırma Təşkilatında çıxış edir.

Fransa prezidenti Nikola Sarkozi dörd günlük rəsmi səfərlə Hindistandadır. Cənab Sarkozi səfərinə ölkənin cənubunda yüksək texnologiya şirkətlərinin yerləşdiyi Banqalordan başlayıb. Prezident Sarkozinin döyüş təyyarələri və nüvə texnologiyası sahəsində Hindistanla bir neçə milyard dollarlıq müqavilələrin imzalanmasına çalışan Fransa şirkətlərinin maraqlarını təmsil edəcəyi gözlənilir. O, 50-yə yaxın tanınmış biznesmen və kabinetinin yüksək səviyyəli rəsmilərindən ibarət nümayəndə heyətinə başçılıq edir. Cənab Sarkozi bu gün Hindistanın Baş naziri Manmohan Sinqlə görüşəcək. Gələn həftənin çərşənbə axşamı Fransa prezidenti Hindistanın maliyyə mərkəzi Mumbaya səfər edəcək.

XS
SM
MD
LG