Accessibility links

Hindistan rəsmilərinin bildirdiyinə görə, Hindistan Kəşmirində yaraqlılarla qarşıdurma zamanı 17 nəfər ölən arasında 8 əsgər və 3 polis işçisi olub.

Ordu rəsmiləri ağır silahlanmış yaraqlıların bu gün yerli vaxtla saat 3 radələrində Uri hərbi düşərgəsinə hücum etdiklərini və atışma zamanı 6 yaraqlının öldürüldüyünü bildirib. Bu hücumu terror kimi qiymətləndirən rəsmilər yaraqlıların hələ də düşərgədə olduğunu təxmin edir.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Hadisənin baş verdiyi hərbi düşərgə Hindistanla Pakistan Kəşmirlərinin ayrıldığı nəzarət bölgəsində yerləşir.

XS
SM
MD
LG