Accessibility links

Hindistanın Kəşmir regionunda yarı hərbi dəstələr Hindistan təhlükəsizlik qüvvələrinin Qurani-Kərimi təhqir etdiyini deyərək, etiraz aksiyasına çıxan insanlara atəş açıb.

İnsident zamanı 4 nəfərin öldüyü, 40 nəfərin isə yaralandığı deyilir.

Ölkənin daxili işlər naziri Səjjad-Kitçlu Qol bölgəsində etiraz nümayişi zamanı Sərhəd Təhülkəsizlik Qüvvələri tərəfindən atəş açıldığını təsdiq edib.

Hindistan on illərdir Himalay bölgəsində müsəlmanlarının əksəriyyət təşkil etdiyi bölünmüş Kəşmirdə müqavimətlə qarşılaşır. Son illər müsəlman separatçı üsyançılar tərəfindən zorakılıqların azaldığı müşahidə edilir.

XS
SM
MD
LG